CTAM "Mirzə Qədim İrəvani: Parlaq rənglərin işığında" kitabının təqdimatında
"Cosmoline"
Tərcümə və Araşdırma Mərkəzinin əməkdaşı Həsən Əhmədov “Mirzə Qədim İrəvani:
Parlaq rənglərin işığında” kitabının təqdimatında iştirak etmişdir. Azərbaycan
təsviri sənətinin görkəmli nümayəndələrindən biri Mirzə Qədim İrəvaninin həyat
və yaradıcılığına həsr olunmuş kitab British Petroleum Azərbaycan və Təşəbbüslər və Layihələr
Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gətirilmişdir. Təqdimatda mədəniyyət
və incəsənət xadimləri, tədqiqatçılar, eləcə də, ictimaiyyət nümayəndələri
iştirak ediblər. Tədbir çərçivəsində kitabın məzmunu, nəşrin məqsədi və Mirzə Qədim
İrəvaninin Azərbaycan təsviri sənətindəki rolu barədə məlumat
verilmişdir. Qeyd edək ki, kitabda, həmçinin, Mirzə Qədim İrəvaninin
yaradıcılıq yolu, sənət üslubu və mədəni irsi elmi vizual materiallar əsasında
geniş şəkildə öz əksini tapmışdır.